Puç olan “qəhrəmanlıq” planı, Bakıdakı “gizli əli” də ifşa oldu
12-05-2022, 17:38

Son günlərdə istər medianın, istərsə də sosial şəbəkələrin gündəmini zəbt edən Mübariz Mənsimovun qalmaqallı açıqlamasının arxasında dayanan məqsədlər tədricən ortaya çıxamaqdadır. Zaman keçdikcə bəlli olur ki, özü barəsində formalaşdırılan “saxta qəhrəmanlıq” obrazı heç də ülvi məqsədlərə deyil, sonucda özünün və həm Azərbaycanın daxilində, həm də kənarda olan ölkəmizi sevməyən qüvvələrin məkrli planlarını həyata keçirməyə xidmət edir. Bu məqsədlə Mübariz Mənismov planlı şəkildə addım atır.  İlk olaraq o “Xural TV”yə məqsədli şəkildə qalmaqallı müsahibə verməklə sadəlövh, baş verən proseslərin arxasında duran niyyətlərdən xəbərsiz olan cəmiyyətin diqqətini özünə cəlb etmək olub. Ona görə də özünü məzlum, millətinə, dövlətinə sadiq olmaqla yanaşı, xeyrixah bir insan olmasını cəmiyyətə   göstərməyə çalışıb. Lakin Mənsimov onu da anlamamış deyil ki, Azərbaycan cəmiyyətinin heç də hamısı onun düşündüyü kimi sadəlövh deyil. Onun oyunlarından və planlarından xəbərdardır. Ona görə də Mübariz müsahibi ilə söhbəti diqqəti daha çox cəmiyyətdə fikir ayrılığı yaratmağa və parçalanmaya xidmət edən məsələlərə diqqəti yönəltməyə çalışıb. Belə demək mümkünsə, Mənsimov ilk mərhələdəki planlaşdırdığı məqsədə nail olub, ajiotaj yaratmağı bacardı. 

Odur ki, Mənsimov planlarını həyata keçirib, cəmiyyətdə parçalanma dinamikasını dərinləşdirmək üçün  Azərbaycandakı dayaqlarından istifadə edərək bəzi media qurumlarını və troll ordusunu dövriyyəyə buraxıb. Mənsimov media qurumlarını və troll dəstəsini onun planlarını həyata keçirmək üçün maliyyə vəsaiti ayırdığı barədə də məlumatlar yayılıb. “Azpolitika” portalı araşdırması nəticəsində Mənsimovun planlarını həyata keçirmək  üçün media qurumları ilə qeyri-şəffaf əməkdaşlığı üzə çıxararaq, onları ifşa edib. Araşdırma  zamanı  Mənsimovun Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyi bəlli olub.

Azpolitika.info-nun məlumatına görə araşdırmalar zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Bu şəxs Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı “qara kassa”sı funksiyasını oynayır. Həmin şəxs hazırda QHT sektorundadır və bir neçə il öncə ad-soyadını dəyişib. Həmin şəxs 2012-ci ilədək adı və soyadı Fariz Fəyyazov olan Axundzadə Elçin Rəşid oğludur. 1967-ci ildə Masallı rayonunda anadan olan Elçin Axundzadə 1992-2006-cı illərdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində xidmət edib, ehtiyatda olan mayordur. Əldə edilən məlumatlara görə o, nazirlikdəki maliyyə yeyintilərinə görə işdən uzaqlaşdırılıb.

Bakının “20 Yanvar” metrosu yaxınlığında yerləşən “Ləvəngi” restoranını özünə qərargah seçən mənsimovçular sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparırlar. Hazırda  “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri olan E.Axundzadə, həm də Dövlət Gömrük Komitəsinin yanında İctimai Şuranın sədr müavinidir. “Ləvəngi” restoranını özünə qərargah seçən mənsimovçular təkcə sayt rəhbərləri ilə orada görüşmür, eyni zamanda  troll dəstə qruplarının başçıları ilə görüşüb, onlara müəyyən təlimatlar verilir. Təbii ki, onların bu “xidmətləri” əvəzsiz qalmır. Onlar buna görə maddi cəhətdən “mükafat” alırlar.

Məqsəd də Mənsimov həm öz Azərbaycana olan “sevgisini”, həm də xidmət etdiyi ölkəmizi seməyən qüvvələrin maraqlarına xidmət etməklə ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq və bunu əngəlləyib cəmiyyətdə ictimai-siyasi prosesləri gərginləşdirməkdir. Bu niyyətlərinə çatmaq üçün ölkədə ictimai-siyasi prosesləri gərginləşdirməkdə maraqlı olan anti-milli qüvvələr və “5-ci kolon”la əməkdaşlığı da istisna deyil. 


                     AZİNFORM.AZ





up