Vilayət Eyvazov generalı rəis TƏYİN ETDİ
13-01-2023, 19:48

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin olunub.

AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov təyinat alıb.

Qeyd edək ki, S.Səfərov bu təyinatadək Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olub.





up