DİGƏR XƏBƏRLƏR
Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
AZİNFORM.AZ xəbər verir ki, məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təsdiqləyib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.