Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində Maldiv Respublikaaının xarici işlər naziri Abdulla Şahidlə görüşüb.
Azinform.az xəbər verir ki, demokrat.az-ın araşdırması nəticəsində məlum olub ki, ikitərəfli görüş zamanı Anar Kərimovun arxasında Azərbaycanın üçrəngli bayrağı əvəzinə Maldiv Respublikasının dövlət bayrağı qoyulub.
Azərbaycanın Mədəniyyət Nazirliyi isə həmin görüşdən çəkilmiş fotoları qurumun saytına yerləşdirib, daha sonra isə silib.
Maraqlıdır ki, Anar Kərimov sözügedən görüşdə Azərbaycanı, yoxsa Maldiv adalarını təmsil edib?!
Buradan üç məqam ortaya çıxır:
1. Bu görüşü təşkil edənlər Azərbaycan bayrağını tanımayıblar, rənglərini səhv salıblar, bəs Anar Kərimov necə? O da Azərbaycan bayrağını tanımayıb?
Ümumiyyətlə, Anar Kərimov niyə arxasına baxmayıb ki, hansı ölkənin dövlət bayrağı altında rəsmi görüş keçirir? Öz ölkəsini təmsil edən bir nazirin hədsiz diqqətsizliyi və Azərbaycana olan bu cür hörmətsizliyi qəbuledilməzdir.
2. Görünür ki, bu görüşdən əvvəl Maldiv Respublikasının təmsilçisi də orada görüş keçirib, amma bayrağı dəyişmək yaddan çıxıb. Bu məsələdə də bütün məsuliyyət yenə Anar Kərimovun üzərinə düşür.
3. Bu, diplomatik təxribat da ola bilər. Bəs bizim nazir belə təxribatdan nə üçün yayına bilməyib?