Ərdoğan: Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir problem yoxdur
14-10-2022, 14:14

Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir problem yoxdur. 

Azinform.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Avropa Siyasi Birliyinin Praqada keçirilən birinci iclası çərçivəsində Azərbaycan və Ermənistan başçıları ilə görüşdüyünü xatırladıb.

“Biz Nikol Paşinyan, İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orbanın iştirakı ilə dar tərkibdə görüş keçirdik. Nümayəndə heyətlərinin iştirakı ilə də görüş keçirdik. Zəngəzur dəhlizi məsələsində heç bir problem görmürəm”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.





up