Səfərbərlik elanından sonra dollar rekord dərəcədə bahalaşdı - Son 20 ilin ən yüksək rəqəmi
21-09-2022, 15:07

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədə dolların dəyəri digər əsas valyutalar səbəti qarşısında son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Dollar avro, funt sterlinq və digər valyutalar səbəti qarşısında rekord dərəcədə artaraq 110.87-ə çatıb. Bildirilir ki, dolların dəyər qazanmasına səbəb səfərbərlik elanı ilə yanaşı ABŞ-ın Mərkəzi Bankının uçot dərəcəsini artıracağı ilə bağlı məlumatların ortaya atılmasıdır.

İnvestorlar bildiriblər ki, səfərbərlik elanı müharibənin şiddətlənəcəyini nümayiş etdirir, bu da dolları daha etibarlı ölkələrə daşımağa ehtiyacı yaradır. /metbuat.az/





up