Yaponiya uçan motosiklet nümayiş etdirdi - VİDEO
16-09-2022, 23:00

Yaponiya istehsalı olan uçan motosiklet ABŞ-da nümayiş etdirilib. 

AZİNFORM.AZ xəbər verir ki, Yaponiyanın startap şirkəti “AERWINS”in hazırladığı uçan motosiklet "Xturismo" ABŞ-da göstərilib. 40 dəqiqə havada qala bilən və saatda 100 kilometr sürətə çatan uçan motosiklet - "Xturismo" həvəskarlarından tam qiymət alıb. 

“AERWINS Technology”nin qurucu prezidenti Şuhei Komatsu bildirib ki, şirkət pilotsuz uçuş aparatları ilə yanaşı, idarə olunan təyyarələr də istehsal etməyə başlayacaq. Komatsu artıq Yaponiyada satışa çıxarılan "Xturismo" modelinin satış qiymətinin 777 min dollar olacağının gözlənildiyini açıqlayıb. Bundan əlavə, Komatsu şirkətin 2025-ci ilə qədər qiyməti 50 min dollara endirəcək daha kiçik model üzərində işləməyə davam etdiyini bildirib.





up