Ermənistan Təhlükəsizlik Şurasının iclasında qərara gəlinib ki, könüllülər yerli hərbi komissarlıqlara müraciət etsinlər.
AZİNFORM.AZ xəbər verir ki , bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi kommisarlığa müraciət edə bilərlər”, - deyə o bildirib.
Paşinyan əlavə edib ki, ölkədə indiki vəziyyətdə səfərbərlik elan edilməyəcək.