"İkimiz də ayrı şəhərlərdə, ayrı ailələrdə böyümüşük” - ŞOK OLAY
16-09-2022, 10:46

Belçikada 6 illik ərlə arvadın verdikləri DNT testi dəhşətli faktı üzə çıxarıb.

AZİNFORM.AZ xəbər verir ki, hər ikisi uşaq evində böyümüş cütlük qohum-əqrəbalarını tapmaq üçün DNT analizi verib. Nəticələr isə gözlənilməz olub.

Analiz onların doğma bacı-qardaş olduğunu sübut edib. Qadın hadisəni belə danışır: “Hər ikimiz yetim olduğumuz üçün valideynlərimizi tapmaq istəyirdik. Nəticə isə belə oldu. İkimiz də ayrı şəhərlərdə, ayrı ailələrdə böyümüşük.”





up