Polis evin müxtəlif otaqlarında bir ildən çox vaxtda ərlə arvadın cəsədlərini tapıb.
AZİNFORM.AZ UPI-yə istinadən xəbər verir ki, hadisə İrlandiyada baş verib. İstintaqı araşdırmasına görə, 82 yaşlı Nikolas Smit və onun 79 yaşlı həyat yoldaşı Hilarinin 2020-ci ilin noyabr və ya dekabr aylarında öldüyü ehtimal olunur. Ailə qapalı və tənha həyat tərzi keçirdiyindən qonşular onları sonuncu dəfə həmin vaxtlarda görüblər Əslən İngiltərədən olan ailə təqaüdə çıxdıqdan sonra İrlandiyaya köçərək burada ev alıblar. Yerli sakinlər ailənin avtomobilini uzun müddətdir heç kimin idarə etmədiyini, bağlarını alaq otlarının basdığını görəndə şübhələniblər. Onlar polisə müraciət ediblər. Eyni zamanda, bəzi qonşular cütlüyün pandemiya zamanı İngiltərəyə qayıtdığını güman ediblər. Sonda evə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın meyitlərini orada aşkar ediblər. Onlar müxtəlif otaqlarda olublar. Polis hadisənin kriminal versiyasını nəzərdən keçirmir və kənar şəxslərin evə soxulmasına dair heç bir əlamət aşkar etməyib. Müstəntiqlər ərlə arvadın COVID-19-un ölümə səbəb olub-olmadığını müəyyən etməyə çalışırlar. /ölkə.az/