ŞOK HADİSƏ: Mühafizəçi “Səssiz olun” dedi...
16-09-2022, 08:53

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda xəstəxana mühafizəçisi öldürülüb.

Necmi Kadıoğlu Xəstəxanasında çalışan mühafizəçi səs-küy salan iki nəfərə “Səssiz olun” deyə xəbərdarlıq edib.

Bu zaman həmin iki şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb. Nəticədə bıçaqlanaraq həyatını itirib.

Mühafizəçinin atası övladının heç bir günahının olmadığını deyib. “Mənim balama necə qıydılar? Övladımın heç bir günahı yox idi. O, nə pis söz işlədə bilərdi ki? Bir insana belə acı yaşadılarmı? Qatil necə xoşbəxtdir indi? Necə huzurludur? Qoy qatil bunları eşitsin. Atasının vəsiyyəti kimi eşitsin. Sözlərim qulağında cingildəsin. Film lenti kimi gözünün önündən keçsin. Övladımı öldürən insanın 21 cinayət işi varmış. Biz də 22-ci olduq. Onun kimilər azadlıqda gəzməsin. Başqalarının da canı yanmasın”, - deyə ölənin atası fəryad edib.

Mənbə: Haber Global





up