Meydanda uğursuzluq Rusiya mətbuatının gündəmini zəbt edir. Kremlin nəzarətində olan dövlət televiziyasında vəziyyətlə bağlı maraqlı iddia irəli sürülüb.
AZİNFORM.AZ bildirir ki, bölgədəki son vəziyyət Rusiya ictimaiyyətində mübahisələrə səbəb olur.
Keçmiş parlament üzvü Boris Nadejdin canlı yayımda şərhində “Putin tələyə düşüb” deyib və Putinin müşavirlərini günahlandırıb.
Nadejdin deyəsən kimsə Putinə Ukraynanın təslim olub qaçacağını söyləyib deyərək iki ölkə arasında sülh danışıqlarının başlamalı olduğunu vurğulayıb.
Nadejdin iki ölkə arasında sülh danışıqlarının aparılmasının vacibliyini də vurğulayıb: “Ukraynanı məğlub etməyin mümkün olmadığını anlamalıyıq. Problemləri siyasi yolla həll etməyin vaxtıdır”.