"Sərvətimi Ukraynaya verməyə hazıram" - Rusiyalı oliqarx Putinə xəyanət etdi
12-09-2022, 21:33

Böyük Britaniya və Avropa İttifaqının sanksiya siyahısına daxil edilən rusiyalı oliqarx Mixail Fridmanla bağlı diqqətçəkən iddia irəli sürülüb.

AZİNFORM.AZ  xəbər verir ki, Fridman ABŞ-ın müvəqqəti işlər vəkili Kristina Kvienə zəng edərək, sanksiyaların ləğvi müqabilində Ukraynanın yenidən qurulması üçün sərvətinin bir hissəsini verməyi təklif edib.

“Financial Times” qəzeti məlumatı etibarlı mənbələrdən aldığını qeyd edib. Amerikalı rəsminin iş adamına necə cavab verdiyi məlum deyil.





up