"Müdafiə Nazirliyində işləməsəm də səhvləri görə bilirəm” - Kadırovdan ŞOK AÇIQLAMA
12-09-2022, 21:15
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı müahribə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

AZİNFORM.AZ xəbər verir ki, Ukraynanın 3 min kvadrat km-dən artıq ərazini işğaldan azad etməsini açıqlamasından sonra danışan Kadırov iddia edib ki, Prezident Vladimir Putinin məsələdən xəbəri yoxdur. Kadırov Rusiya ordusunu Ukraynada taktikanı təcili dəyişməyə çağırıb. O, əks halda ordunun uğursuzluqları barədə Putinə məlumat verəcəyini ifadə edib:

“Xüsusi hərbi əməliyyat barədə bu gün və ya sabah dəyişiklik edilməsə Kremlə cəbhədəki uğursuzluğu açıqlamağa məcbur qalacam. Müdafiə Nazirliyində işləməsəm də səhvləri görə bilirəm”.

Qeyd edək ki, Ukrayna ordusu Xerson və Xarkov istiqamətlərində hücuma keçib. Ukrayna ordusu Xarkovda və Xersonda çox sayda məntəqəni işğaldan azad edib. Ukraynanın ümumilikdə 3 min kvadrat km-dən artıq ərazini işğaldan etdiyi deyilir.





up