Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ
10-09-2022, 10:29

ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl aşkar edilən poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə ABŞ dövlət administrasiyası məlumat yayıb. 

“Poliomielit virusu Nyu-Yorka bitişik ərazilərdən, o cümlədən Roklenc, Orinc, Sallivan və Nassau qraflıqlarından götürülmüş çirkab su nümunələrində aşkar edilib”, - məlumatda deyilir.

Fövqəladə vəziyyətin tətbiqi poliomielit əleyhinə peyvəndləmənin stimullaşdırılması məqsədi daşıyır.





up