“Ukrayna məsələsinin həllində hamının gözü Türkiyədədir” - Çavuşoğlu
10-09-2022, 09:35

“Biz çalışmalıyıq ki, Ukrayna müharibəsi diplomatik yollarla həll olunsun. Bu məsələlərdə hamının gözü Türkiyədədir, hamının ümidi Türkiyədir. Hər kəsin ümidi Prezidentimiz Rəcəb Tayyib Ərdoğanadır”.

Bunları Türkiyənin xarici işlər Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri dünyanın digər ölkələrində də gedən müharibələrdən danışıb:

“Ukraynada müharibə gedir. Suriyada müharibə bitməyib. İraqda qeyri-sabitlik var. Yəməndə müharibə davam edir. Liviyada qeyri-sabitlik davam edir. Biz də ətrafımızdakı problemlərin həlli üçün səy göstərəcəyik. Diplomatiyaya inanırıq. İnanırıq ki, bunları diplomatiya ilə həll etmək olar”.





up