"Beyni xarab olub!" - Tarixçidən sərt təpki
7-09-2022, 10:49

"O qədər siqaret çəkib ki, beyni xarab olub!"

AZİNFORM.AZ “Cavan”a istinadla xəbər verir ki, bunu İranın tanınmış tarixçisi Xosrov Motezəd bildirib.

Xosrov Motezəd keçmiş şah xanımı Fərəh Dibanın son açıqlamalarını şərh edib. Xatırladaq ki, F. Diba İtaliya mediasına son müsahibəsində İrana qayıtdığı təqdirdə yenidən taxta oturacağını və nəvəsini varis elan edəcəyini deyib.

"O, tam cahildir. Həqiqətən, o qədər siqaret çəkib ki, beyni xarab olub!" - deyə Xosrov Motezəd bu açıqlamaya rəy bildirib. 

Tarixçi əlavə edib: "Şah və bacıları kimi, Fərəh Diba da çox savadlı deyildi və Fransada cəmi 2 il təhsil almışdı. Fərəhin ailəsinə nəzər yetirdikdə görürük ki, o, yoxsulluq və səfalət içində yaşayıb. Şahın keçmiş baş naziri Ələm öz xatirələrində Məhəmməd Rzaya istinadla yazır: “Mən getsəm, bu qadın İranı heç dörd gün də idarə edə bilməyəcək”.  /yenisabah.az/ 





up