İki nəfər adamları bıçaqlayıb qaçır: artıq on ölü, 15 yaralı var – Axtarış davam edir
5-09-2022, 21:09

Kanada polisinin verdiyi məlumatına görə, Kanadanın mərkəzi Saskaçevan əyalətində törədilən çoxsaylı hücumlarda azı 10 nəfər ölüb, daha 15 nəfər bıçaqlanıb. Hücum edənlər qaçıb, bütün əyalət onları axtarır.

AZİNFORM.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "BBC Rusiya xidməti” məlumat yayıb. 

Hücum edənlərin qurbanları Kanadanın kri icmasının yaşadığı Ceyms Smit və Ueldon kəndi də daxil olmaqla 13 fərqli yerdə tapılıb.

Polis hücumlarda şübhəli bilinən şəxslərin 31 yaşlı Damien Sanderson və 30 yaşlı Mayls Sanderson olduğunu açıqlayıb. Onların qohum olub-olmadığı məlum deyil. Polis onların silahlı və təhlükəli olduğunu və hələ də gizlndiklərini deyir.

Onlar sonuncu dəfə bazar günü günortadan sonra Ueldondan təxminən 280 kilometr cənubda yerləşən Regina əyalətinin paytaxtında görünüblər.
Rəsmilər bildirirlər ki, bazar günü Kanadanın yerli xalqlar icmasının üzvlərinə qarşı törədilən "çoxsaylı qətllər və hücumlara" görə Ceyms Smit qoruğunda fövqəladə vəziyyət elan edilib

Zərərçəkənlərə yardım göstərmək üçün iki təcili yardım mərkəzi açılıb.

Kanadanın baş naziri Castin Trüdo bu hücumları "dəhşətli və ürəkağrıdan” adlandırıb.
"Sevdiklərini itirənləri və yaralananları düşünürəm" - deyə o, tvitter hesabında

The attacks in Saskatchewan today are horrific and heartbreaking. I’m thinking of those who have lost a loved one and of those who were injured.— Justin Trudeau (@JustinTrudeau) September 4, 2022 "> yazıb.


Daha əvvəl, Kanadanın ictimai təhlükəsizlik naziri Marko Mendiçino geniş əyalətdə təcavüzkarların axtarışı davam etdiyi üçün Saskaçevan sakinlərini "sığınacaqlarda qalmağa" çağırmışdı.

"Bütün Saskaçevan sakinlərindən, xüsusən də kri yerli xalqın yaşadığı Ceyms Smit ərazisinə yaxın olanlardan sığınacaqlar qalmaları xahiş olunur", - deyə nazir əhaliyə müraciət

To everyone in Saskatchewan, especially those in proximity to the James Smith Cree First Nation area, please shelter in place and stay safe. @RCMPSK is addressing this ongoing situation as it unfolds. https://t.co/oOYNgCHSIm

— Marco Mendicino (@marcomendicino) September 4, 2022 ">edib.

"Şübhəlilər qara Nissan Rogue-da ola bilər", - deyən Saskaçevan Krallığının Kanada Atlı Polisi (RCMP) şübhəliləri və ya avtomobili görən hər kəsə uzaq durmaları və polisə zəng etmələri barədə xəbərdarlıq edib.
 
Yerli polis şübhəliləri polisə təslim olmağa çağırır.

"Əgər Damien və Mayls bu məlumatı dinləyirlərsə və ya bu məlumatı alırlarsa, mən onlardan polisə təslim olmalarını xahiş edirəm", - komissarın köməkçisi Ronda Bləkmor deyib.

AZİNFORM.AZ







up