Putinin dodaqları və əlləri ingilislərin diqqətini yaman çəkib...
4-09-2022, 20:38

"Putin Parkinson xəstəliyinin erkən əlamətlərindən əziyyət çəkir..."


"Onun jestləri "qocaların xəstəliklərini"nin erkən əlamətlərini xatırladır..."


"Putinin bütün görüşlərində əllərini masadan bərk yapışmağı diqqəti cəlb edir..."


Rusiya prezidentinin zahiri görünüşü və onun davranışı ən azı son üç həftədə görüşləri ərzində yenidən Qərb KİV-lərinin diqqətini cəlb edib.


AZİNFORM.AZ xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri yazıb.


Nəşr Putinin Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovla işçi görüşü zamanı "daş sifəti"ni, "dodaqlarını çeynəməsini" qeyd edib.


"The Sun" bu görüşün "sürrealistik" xarakteri barədə yazıb: Zolotov Putinə Rusiya hərbi qulluqçularının Ukraynanın zəbt edilmiş ərazilərində, guya, "əhalinin dəstəyini hiss etdikləri" barədə məruzə edib.


Nəşrin ekspertləri Zolotovun məruzəsi zamanı Putinin mimikası və jestlərinə xüsusi diqqət yetirib.


O cümlədən, diqqəti Rusiya dövləti liderinin əllərinə yönəldib, o, əlləri ilə masadan bərk yapışmalı olub.


"Ekspertlərin fikrinə görə, bu jest onu göstərə bilər ki, bununla o, əllərinin əsməsini dayandırmağa cəhd edir", - məqalədə belə deyilir.


Məqalə müəllifi qeyd edib ki, Zolotovla uzun çəkməyən söhbət zamanı Putin "əvvəlcə sağ, sonra sol əlilə masadan yapışmalı olub, bu isə onun Parkinson xəstəliyinin erkən əlamətlərindən əziyyət çəkməsi gümanını artırır".


"Sifətində qəzəb ifadəsi olmasına rəğmən, Putin həmçinin, bütün dovlət təbliğatının bir çox videoçarxlarında olduğu kimi, həmin masa arxasında dodaqlarını dişləyir", - məqalədə belə deyilir.


"Putinin masadan bərk yapışması" son günlər onun Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla (25 avqust) və "Aeroflot"un baş direktoru Sergey Aleksandrovski (26 avqust) ilə görüşləri zamanı diqqət çəkib.


Ekspertlər ilk dəfə belə pozaya Putinin 2022-ci ilin aprel ayında Sergey Şoyqu ilə görüşü zamanı diqqət yetiriblər.


Parkinson xəstəliyi yuxarı yaş qrupu üçün səciyyəvi olan tədricən inkişaf edən xroniki neyrodegenerativ xəstəlikdir.





up