DİGƏR XƏBƏRLƏR
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin xüsusi xidmət orqanları tərəfindən aradan qaldırıla bilər. Bu təhlükəyə görə o, öz mühitini və təhlükəsizliyini daim dəyişir.
AZİNFORM.AZ xəbər verir ki, bunu ukraynalı ekspert, Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin məsləhətçisi İvan Stupak deyib.
“Putin üçün belə bir ssenari o zaman mümkündür ki, onun davamlı mövcudluğu Rusiyanın bir çox yüksək rütbəli məmurları üçün maneəyə çevrilsin. Onlar əvvəllər şəxsi təyyarələrinə minib Nitsaya uçub, Monakoda kazinoda oynayıb qayıdırdılar. İndi belə bir şey yoxdur. Pul çoxdur, amma onu xərcləyə bilmirsən. Vəziyyət generallar üçün kritik olanda, ola bilsin ki, belə bir qərar qəbul etsinlər”, - ekspert bildirib.