Sosial şəbəkədə ruslar Ukrayna ilə həmsəhəd Belqoroda gələnlərin videoları yayımlanıb.
AZİNFORM.AZ-ın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın Telegram kanalları şəhərin dəmir yolu vağzalının girişi qarşısında izdiham insanların böyük növbəsi ilə bağlı video və fotolar dərc etməyə başlayıb.
Maraqlıdır ki, ruslar bunu stansiyada relslərin təmiri ilə əlaqələndirib, şəhərə gələnləri ötür-basdır etməyə çalışırlar.
Maraqlıdır, görən nə yaşanır?
Qeyd edək ki, Qərb kəşfiyyatı Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərin Ukrayna ordusu üçün qanuni hədəflər olduğuna inanır.
Ukrayna saytlarının yazdığına görə, adının çəkilməsini istəməyən bir rus məmuru vurğulayıb ki, Ukraynanın Rusiya ordusunun arxasındakı hücumları Rusiya rəhbərliyinə ciddi psixoloji təsir göstərir.
Maraqlıdır ki, həmən rus Ukraynanın yeni hücumlarını “inanılmaz dərəcədə cəsur insanlar və yeni imkanların birləşməsi” kimi izah edib.
...Yəni, deyirsiniz, ruslar döyüşlərin artıq Rusiya ərazisinə keçməsindən ehtiyatlanırlar?