ŞOK: Duqinanın qatili öldürülüb?
28-08-2022, 21:04

Avstriyanın Daxili İşlər Nazirliyi "Ekspress" nəşrinin Natalya Vovkun qətli ilə bağlı məqaləsini təkzib edərək, bu məlumatın doğruluğunu təsdiq etməyib.

AZİNFORM.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Dövlət təhlükəsizlik və kəşfiyyat idarəsindən olan həmkarlarımızla məsləhətləşdikdən sonra sizə məlumat verə bilərik ki, Avstriyada belə bir hadisə məlum deyil. Ona görə də bu məlumatın doğruluğunu təsdiq edə bilmərik", - Avstriyanın rəsmi qurumu bildirib.

Qeyd edək ki, Avstriyanın "Ekspress" nəşri Darya Duqinanı öldürməkdə şübhəli bilinən ukraynalı Natalya Vovkun kirayədə qaldığı mənzildə ölü tapıldığını yazıb.





up