DİGƏR XƏBƏRLƏR
"Qatillərin hədəfi mən deyil, məhz qızım idi".
AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqin yerli mətbuata müsahibəsində deyib.
Xatırladaq ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində ölüb. O, festivaldan qayıdırdı, atası Duqin isə başqa maşında idi. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.