Darya Duqina ilə vida mərasimi keçirildi — VİDEO
23-08-2022, 16:36

Moskvada “Ostankino” telemərkəzində sui-qəsd nəticəsində öldürülən jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.

AZİNFORM.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, mərasimdə 200-ə yaxın insan iştirak edib.

Tədbirə mərhumun doğmaları, yaxınları və dostları qatılıb.

Mərasimdə mərhumun atası – filosof, politoloq Aleksandr Duqin, Dövlət Dumasının vitse-spikeri Sergey Neverov, “Sarqrad” (“Царьград”) telekanalının sahibi Konstantin Malofeyev və digərləri çıxış ediblər.

Qeyd edək ki, daha əvvəl Darya Duqinanın qətlinin üstü açılıb, sui-qəsdi Ukrayna vətəndaşı Natalya Vovkun törətdiyi məlum olub.

 AZİNFORM.AZ





up