Putin imkan versəydi, Kiyevi götürərdim – Kadırov
27-08-2022, 10:19

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın ona qarşı cinayət işi başlatmasına isteriya ilə reaksiya verib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə o Teleqram hesabında paylaşım edib.

”Mən Kiyevi çoxdan götürərdim, Zelenski və buna bənzərləri isə artıq sorğu-sual üçün zirzəmidə olardılar. Ona görə də Kiyevi almağa imkan vermədiyi üçün Putinə təşəkkür edirəm”, – Kadırov qeyd edib.





up