Vladimir Putin Ramzan Kadırovu TƏLTİF ETDİ
28-07-2022, 06:30

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

Respublika başçısı bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.

O bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib:

"Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.





up