Ölkəsi müharibə aparan Peskovun həyat yoldaşından qalmaqallı görüntülər - VİDEO
22-08-2022, 13:34

Kremlin sözçüsü Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka Yunanıstanda əylənərkən görüntülənib.

AZİNFORM.AZ xəbər verir ki, 47 yaşlı Navka əyləncə vaxtı bir neçə boşqab da sındırıb.

Türkiyədən sonra tətil üçün Yunanıstana getdikdən sonra Navkanın bu ölkədəki əyləncə anları gündəmə gəlib. Sosial şəbəkə istifadəçiləri sözügedən görüntüləri tənqid atəşinə tutub.

Sözügedən videoya “Müharibə aparan ölkənin yüksək rütbəli məmurunun arvadı özünü daha təvazökar aparmalıdır”, “Rusiyanın az qala birinci xanımıdır”, “Onun Yunanıstana girməsinə necə icazə verilib?”, “Əriniz çəkib? " kimi şərhlər yazılıb.


AZİNFORM.AZ



up