Silahlı hücum zamanı 6 nəfər öldü
2-08-2022, 15:30

İsraildə Tel-Əviv şəhəri yaxınlığında yerləşən daha çox mühafizəkar yəhudilərin yaşadığı Bnei Brak şəhərində insanlara silahlı hücum olub. 

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, əlində silah olan şəxs dayanmadan ətrafa atəş açıb. İnsidenti törədən şəxs İsrail polisi tərəfindən məhv edilib. Silahlı şəxsin açdığı atəş nəticəsində 6 nəfər ölüb.

İsrail qəzetinin məlumatına görə, hadisəni törədən şəxsin 26 yaşı olub.

Qeyd edək bu son həftələrdə İsraildə üçüncü silahlı insidentdir.





up