“Artıq liderləri yoxdur, onu öldürdük” - Bayden
2-08-2022, 12:47

“Artıq liderləri yoxdur, onu öldürdük” - Bayden ABŞ-ın Əfqanıstanda keçirdiyi əməliyyatı zamanı “Əl-Qaidə” lideri Əymən əz-Zəvahiri öldürülüb. Bu, 2011-ci ildən bəri yaraqlılara ən böyük zərbədir.

Bunu ABŞ Pezidenti Co Bayden deyib.

“Bu, əməliyyat vədlərimizi hər zaman yerinə yetirə biləcəyimizin və yetirəcəyimizin əyani təzahürüdür. Mənim administrasiyam “Əl-Qaidə” təhdidlərinin harada olmasından asılı olmayaraq, onları izləməyə və aradan qaldırmağa davam edəcək. Baş komandan kimi mən Amerikanın bu təhlükəli dünyada təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyıram”, - Bayden qeyd edib.

Bayden çıxışında “Ədalət qalib gəldi və terrorçuların lideri artıq yoxdur” söyləyib.

“Onun ailə üzvlərindən heç kim xəsarət almayıb, mülki əhali arasında itki yoxdur. Missiya tam uğurla başa çatdıqdan sonra bu xəbəri Amerika xalqına çatdırıram”, - ABŞ prezidenti bildirib.

Zəvahiri 2011-ci ildə Üsamə bin Ladenin öldürülməsindən sonra “Əl-Qaidə”nin başına keçmişdi. Başına 25 milyon dollar mükafat qoyulmuşdu.

Ağ Ev Zəvahirinin bazar günü Kabildə pilotsuz təyyarədən endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlamışdı.





up