Çin və ABŞ arasında Tayvan gərginliyi davam edir.
AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, beşinci dəfə telefonla danışan Bayden və Xinin danışığı 2 saatdan çox davam edib.
Çin prezidenti Xi Baydenə Tayvana xarici müdaxilənin qəbul edilməyəcəyini bildirib və “Odla oynayan özünü yandıracaq” deyib.