Yunanstanda qəzaya düşən Ukrayna təyyarəsi bu ölkəyə silah daşıyırmış - VİDEO
17-07-2022, 22:10

Yunanıstanda qəzaya uğrayan Ukraynanın "Meridian" şirkətinə məxsus "An-12" təyyarəsində Serbiyadan Banqladeş üçün nəzərdə tutulmuş 11,5 ton silah daşınırmış.

AZİNFORM.AZ-ın xəbərə görə, bunu Serbiya baş nazirinin müavini, müdafiə naziri Neboyşa Stefanoviç bildirib.

Neboyşa Stefanoviç təyyarənin Serbiyadan Ukraynaya silah daşıdığı barədə xəbərlərin isə yalan olduğunu vurğulayıb.

Serbiya müdafiə naziri qəza zamanı təyyarənin 8 heyət üzvünün həlak olduğunu bildirib.

Təyyarənin Serbiyanın Niş hava limanından yerli vaxtla saat 20:40 radələrində havaya qalxıb. Təyyarənin Niş-Əmman-Ər-Riyad, Əhmədabad-Dakka marşrutunun öncədən razılaşdırıldığı da açıqlanıb. Təyyarə Yunanıstanın Kavala şəhərindən 40 km uzaqlıqda yerə çırpılıb.





up