Braziliyada polis zabiti 8 nəfəri, o cümlədən anasını və öz övladlarını qətlə yetirib...
İyulun 15-nə keçən gecə Braziliyanın Parana ştatında hərbi polis zabiti 8 nəfəri, o cümlədən 6 yaxın qohumunu qətlə yetirdikdən sonra intihar edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "O Tempo" nəşri məlumat yayıb.
Parana hərbi polisinin versiyasına görə, 37 yaşlı Fabiano Hunior Qarsiya həyat yoldaşından ayrılması və toplanan borcları səbəbindən ağır cinayət törədib.
Əldə olan məlumatlara görə, polis zabiti Toleda şəhərində 28 yaşlı həyat yoldaşını və 12 yaşlı qızını qətlə yetirib, daha sonra evə yollanaraq 78 yaşlı anasını doğrayıb, həmçinin 50 yaşlı qardaşını güllələyib.
Bundan sonra o, Toledadan 50 km aralıda yerləşən Seu-Azul şəhərinə gedərək, orada 4 və 9 yaşlı övladlarını qətlə yetirib, küçəyə çıxaraq isə yoldan ötən 17 və 19 yaşlı gəncləri güllələyib.
Bundan sonra Qarsiya intihar edib.
Parana hərbi polisi vurğulayıb ki, qatilin "ruhi pozuntusu olan xəstəlik tarixçəsi" olmayıb və 12 illik təcrübəsi olan "əla zabit" kimi tanınıb.
Nəşr yazır ki, Qarsiya həyat yoldaşını qətlə yetirdikdən sonra baş verənlər barədə qohumları və dostlarına məlumat göndərib və yazıb ki, həyat yoldaşı Kassielasız yaşaya bilmir.
O, Toledadakı öz evinə dönüb, polis onu saxlamağa cəhd edərkən özünü güllələyib.
Facebook
Вконтакте
Одноклассники
Google+