Fransanın 38 departamenti narıncı hava xəbərdarlığı elan edib
17-07-2022, 14:14

 Fransanın 38 departamentində kəskin istilərlə əlaqədar "narıncı" dərəcəli hava xəbərdarlığı elan edilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Fransanın milli meteorologiya xidməti məlumat yayıb.

Kəskin istilərin yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırılır. İyulun 17-də ölkənin cənub-şərq rayonlarında temperaturun 40 dərəcəyə çatacağı gözlənilir. Bütövlükdə ölkə ərazisində 30 dərəcə isti olacaq.

Meteoroloqların fikrincə, iyulun 19-da qeyri-sabit hava şəraiti indiki fövqəladə vəziyyətə son qoya bilər.





up