Fəlakətin astanasında: Rekord istilər gözlənilir - Tarix açıqlandı
13-06-2022, 10:30

Alimlər yaxın 5 ildə dünyanın 1,5 dərəcədən çox istiləşməsi ehtimalının 50 faiz olduğunu açıqlayıblar. 

AZİNFORM.AZ xəbər verir ki, Böyük Britaniyanın milli meteorologiya xidməti olan Met Office, son üç onillikdə emissiyaların sürətlə artdığına baxmayaraq, qlobal temperaturun tədricən yüksələcəyini vurğulayıb.

Son yeddi il ərzində qlobal temperaturun yüksəlməsi Selsi üzrə 1 dərəcə civarında qalıb, 2016 və 2020-ci illər ən isti rekord illəri kimi tarixdə qalıb. 
Təxminən 1 dərəcə selsi istiləşməyə, alimlər  keçən il ABŞ, Avropa və Sibirdə görünməmiş meşə yanğınları və hazırda Hindistan və Pakistanı vuran şiddətli isti dalğaları kimi böyük hadisələrin səbəb olduğunu söyləyib.

Yaxın beş ildə qlobal temperaturun müvəqqəti olaraq Selsi üzrə 1,5 dərəcədən yuxarı qalxması ehtimalı çox yüksəkdir.

Tədqiqatçılar həmçinin bildirib ki, 2022-2026-cı illər arasında temperatur  əvvəlki səviyyədən 1,1 dərəcə ilə 1,7 dərəcə arasında olacaq.

 "Dəyişən əsas odur ki, atmosferdəki karbon qazının səviyyəsi yavaş-yavaş yüksəlir. Düşünürəm ki, insanlar artıq qlobal istiləşmədən kifayət qədər narahatdırlar və bu qorxu artıq reallaşır. Bu onu göstərir ki, biz birinci həddə yaxınlaşırıq”.





up