Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhənin bütün istiqamətlərində hücuma keçmək üçün əmr verib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sergey Şoyqu Rusiyanın Ukraynadakı “Cənub” və “Mərkəz” qoşunları qruplaşmasını təftiş edib.
"Rusiya müdafiə naziri Kiyev rejiminin Donbas və digər regionların yaşayış məntəqələrinin sakinlərinə və mülki infrastruktura kütləvi raket və artilleriya zərbələri endirmə ehtimalını istisna etmək üçün bütün əməliyyat bölgələrində qrupların fəaliyyətini daha da artırmaq üçün lazımi göstərişlər verib", - deyə Rusiya MN-in məlumatında vurğulanıb.