Hindistanda ikibaşlı ilan tapılıb.
AZİNFORM.AZ-ın məlumatına görə, Hindistanın Deoli şəhərində məbədlərdən birinin yaxınlığında aşkarlanan 17,7 sm uzunluğunda nadir ilan videoya çəkilib.
Yerli təbiəti mühafizə cəmiyyəti ilanın Hindistan, Nepal, Banqladeş, Pakistan və Şri-Lankada rast gəlinən və zəhərsiz olan xallı boa olduğunu bildirib.
Deolidə tapılan bu sürünən isə təxminən altı aylıqdır.