Xarici işlər naziri xəstə ərinə baxmaq üçün vəzifəsindən İSTEFA VERDİ – FOTO
16-07-2022, 01:33

Belçikanın xarici işlər naziri və baş nazirin müavini Sofi Vilmes beyin şişindən müalicə olunan ərinə dəstək olaraq istefa verib. Vilmes 2019-cu ilin oktyabrından 2020-ci ilin sentyabrına qədər azlıq hökumətinə rəhbərlik edib və Belçikanın ilk qadın baş naziri olub.

AZİNFORM.AZ xəbər verir ki, o, son qərarını dünən axşam ictimaiyyətə açıqlayıb.

"Həyat yoldaşımın xəstəliyi çətin mübarizə tələb edir. Mən bu prosesdə həyat yoldaşıma və övladlarıma dəstək olmaq istəyirəm, amma indiki hökumətdəki vəzifələrim buna imkan vermir", - deyə bildirib.

Belçikanın Baş naziri Alexander De Croo, hökumətin sütunu olan güclü xarici işlər nazirini itirdiyinə görə təəssüflənsə də, Vilmesin seçiminə heyran olduğunu bildirib. 

"Kristoferlə verdiyiniz savaşda arxanızdayıq" deyə De Croo "Tvitter" mesajında ​​Vilmesə səslənib. 


 AZİNFORM.AZ





up