BU ÖLKƏDƏ 320 minlik şəhər KARANTİNƏ alındı
13-07-2022, 18:27

Çin, ölkənin daxili bölgələrində bir Covid-19 yoluxması qeydə alındıqdan sonra 320 min əhalisi olan bir şəhəri üç gün ərzində karantinə almağa qərar verib.

AZİNFORM.AZ xəbər verir ki, Vuqang şəhərində qeydə alınan yoluxmaya görə, vətəndaşların bazar ertəsindən çərşənbə gününə kimi evlərini tərk etmələri qadağan edilib.

Henan əyalətindəki Vuqang şəhəri paytaxt Pekindən 750 kilometr aralıda yerləşir.

Covid-19-a qarşı "sıfır tolerantlıq strategiyası" ilə hərəkət edən Çində çərşənbə axşamı ölkə daxilində 347 yoluxma hadisəsi aşkarlanıb.






up