Prezident qaçmağa cəhd edərkən təyyarəyə BURAXILMADI - VİDEO
12-07-2022, 17:23

Şri-Lankanın Bandaranaike Beynəlxalq Hava Limanının miqrasiya xidməti Prezident Qotabaya Racapaksanı Kolombodan uçan təyyarəyə buraxmayıb.

AZİNFORM.AZ xəbər verir ki, hava limanının əməkdaşları prezidentin Dubaya uçmaq üçün VIP zolaqdan istifadə etməsinə mane olublar.

Onu istefaya çağıran aylarla davam edən nümayişlərdən sonra çərşənbə günü rəsmən istefa verməli olan Rajapaksa bazar ertəsi gecə Dubaya qaçmağa çalışıb.

İyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Etirazçılar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Aksiyalarda yüzdən çox insan yaralanıb. Nəticədə Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh vəzifəsini tərk edəcəyini bildirib, Prezident isə iyulun 13-də istefa verəcəyini açıqlayıb.

Qeyd edək ki, Rajapaksa Birləşmiş Ərəb Əmirliklərinə dörd uçuşu qaçırıb və o, həyat yoldaşı ilə yaxınlıqdakı hərbi bazaya qayıtmalı olub.






up