Şri-Lanka prezidenti İSTEFA VERDİ
12-07-2022, 10:30

Şri-Lanka prezidenti Qotabai Rajapaksa istefa ərizəsini imzalayıb.

AZİNFORM.AZ xəbər verir ki, Prezident Qotabai Rajapaksa iyulun 11-də 13 iyul tarixli istefa ərizəsini imzalayaraq yüksək vəzifəli dövlət məmuruna təhvil verib.

Bildirilib ki, dövlət rəsmisi prezidentin istefa ərizəsini parlament sədri Mahinda Yapa Abeyvardenə təqdim edəcək və o, bu istefanı sabah, yəni iyulun 13-də xalqa açıqlayacaq.

 Qeyd edək ki, Prezidentin istefasına səbəb daxili etirazlar olub.






up