Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi Boris Consonun istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin Baş naziri postuna namizədliyini irəli sürəcəyini bildirib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti məlumat yayıb.
“Böyük Britaniyanın Avropa İttifaqından çıxması sayəsində biz indi azad ölkəyik. Bununla bağlı açılan imkanlardan nəinki danışmaq, həm də onlardan istifadə etməliyik. Əgər 11 yaşında bircə kəlmə ingilis dili bilmədən ölkəyə gələn balaca oğlan Əlahəzrətin hökumətində yüksək vəzifələrdə çalışa və Baş nazir postu uğrunda yarışa bilirsə, o zaman hər şey mümkündür”, - deyə Zahavi bildirib.