Ən qədim avropalının üzünün bir hissəsi tapılıb - VİDEO
10-07-2022, 00:00

Alimlər İspaniyada yerləşən Syerra-de-Atapuerka dağlarında ən qədim avropalının üzünün bir parçasını aşkarlayıblar.

AZİNFORM.AZ xəbər verir ki, bu qalıqlar qədimliyinə görə ilk avropalının üzünün necə olduğunu ortaya qoyur və müasir sifətin mənşəyini anlamağa imkan verəcək.

Sümüyün çənə nahiyəsinə aid olduğu güman edilir. Alimlər sümüyün Avropada məskunlaşmış ilk insan qruplarından birinin üzvünə aid olduğunu güman edirlər.

"Üzünün bir parçası aşkar edilmiş insanın təxminən 1,4 milyon yaşı var", - məlumatda deyilir.




AZİNFORM.AZ



up