Keçmiş Baş nazir GÜLLƏLƏNDİ - ANBAAN VİDEO
8-07-2022, 11:41

Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe sui-qəsdə məruz qalıb.

AZİNFORM.AZ xəbər verir ki, Şinzo Abe bu gün səhər saatlarında Nara şəhərində tədbirdə çıxış edərkən sinəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya yerləşdirilib, lakin səhhətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Abeni vurduğu iddia edilən şəxsin nəzarətə alındığı bildirilib.

 



AZİNFORM.AZ



up