Dünyanın aparıcı narkobaronlarından biri, böyük mafiya qrupunun başçısı Rokko Morabituni Braziliyada ələ keçirilib.
“Ndrangheta” adlı nüfuzlu cinayət təşkilatının başçısı qaçaq mafioz Vinçenzo Pasquni ilə birgə ələ keçib.
Onlar İtaliyaya ekstradisiya olunub.
Ötən həftə məhkəmə Morabituni 30 il müddətinə azadlıqdan məhrum edib.
56 yaşlı mafiya başçısı Avropa qitəsinin yarısının narko ticarətinə nəzarət edirdi. Onu həbs etmək üçün İtaliya, Braziliya, ABŞ narkotiklərlə mübarizə idarələri birgə fəaliyyət göstərirdi.
AZİNFORM.AZ