Mikroavtobus aşıb: Ölənlər və yaralananlar var
6-07-2022, 10:50

Türkiyənin Konya bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

AZİNFORM.AZ xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Qəza iyulun 6-da səhər saatlarında Konyanın İlgın rayonunun Böyükoba məhəlləsi yaxınlığında baş verib.

Yaralılar hospitala yerləşdirilib.





up