Təyyarə ilə yarışan yük avtomobili qəzaya uğradı – 408 km/saat - VİDEO
4-07-2022, 10:00

ABŞ-ın Miçiqan ştatında sınaq zamanı xüsusi hazılanmış avtomobil qəzaya uğrayıb.

AZİNFORM.AZ-ın “Figaro”ya istinadla xəbərinə görə avtomobildə standart mühərrik yerinə 3 ədəd təyyarə mühərriki quraşdırılıb.

“SHOCKWAVE” (zərbə dalğası) adı verilən avtomobili sınaq zamanı 2 təyyarə müşayiət edib. Yürüş zamanı baş verən qəzada avtomobil alışıb və sürücü həlak olub. Qəzaya texniki nasazlığın səbəb olduğu bildirilir. Hadisə zamanı avtomobilin sürəti 480 km/saatdan çox olub.





up