DİGƏR XƏBƏRLƏR
Hurqada şəhərinin cənubunda, Qırmızı dənizdə köpək balıqlarının hücumu nəticəsində iki qadının öldüyünü bildirib.
AZİNFORM.AZ xəbər verir ki, 40 yaşlarında olan rumıniyalı turistin cəsədi 68 yaşlı avstriyalı qadının ölümü ilə nəticələnən hücumdan bir neçə saat sonra aşkar edilib.
Mənbələrə görə, hər iki hücum bir-birindən 600 metr aralıda, Sahl Hasheesh sahillərində baş verib.
İlk qurban yerli özəl xəstəxanaya yerləşdirilib, lakin o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Təhlükəsizlik mənbəsi onu da əlavə edib ki, avstriyalı qadın misirli əri ilə son beş il ərzində Misirdə yaşayırmış.
AZİNFORM.AZ