Əlcəzairin milli neft şirkəti “Sonatrach” tərəfindən aparılan qazma işlərində 340 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilib.
AZİNFORM.AZ-ın xarici mediaya istinadən məlumatına görə, “Hassi R'Mel” yatağından 150 kilometr aralıda yerləşən "LD2" yatağında yeni qaz ehtiyatının həcmi 100-340 milyard kubmetr arasında qiymətləndirilir.
Bildirilib ki, təxmini ehtiyat həcmi təsdiqlənib və 2022-ci ilin noyabr ayından gündəlik 10 milyon kubmetrə yaxın istehsal üzərində iş aparılır.
Əlcəzairin cənubundakı Laqvat əyalətində yerləşən Hassi R'Mel yatağının qaz həcminin 3 trilyon 800 milyard kubmetrdən çox olduğu təxmin edilir./manşet.az/