Öldürdüyü adamları həm yedi, həm də qonşularına xidmət etdi - ŞOK CİNAYƏT
28-06-2022, 12:23

Qatil öldürdüyü adamları həm yeyib, həm də qonşularına xidmət edib.
AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, keçən il Meksikada tutulan və adamları yediyini etiraf edən qatil Andres Filomeno Mendoza Çelis haqqında sənədli film çəkilir. 
Meksikanın Atizapan şəhərində 2021-ci il mayın 18-də tutulan və daha çox qadınları hədəf alan 73 yaşlı qatil Andres Filomeno Mendoza Çelisin evində tapılan insan sümüklərinin sayının 4600-ə qədər artdığı bildirilib. 
Sümüklərin 17 qadın, 1 yetkin kişi və 1 uşağa aid olduğu aşkar edilsə də, səlahiyyətlilər qatilin 40 yaşdan yuxarı ən azı 30 qadını öldürdüyündən şübhələnirlər.
Bu günə qədər qatilin evində aparılan istintaqda şübhəlinin törətdiyi güman edilən 20 qətlin səs yazıları, o cümlədən qurbanlara məxsus sümüklər, qadın geyimləri, qadınların şəxsiyyət vəsiqələri, baş dərisi, kəllə sümüyü və s. tapılmışdır.
Məlum olub ki, qəssab olan və həbs edildikdən sonra aparıldığı məhkəmədə adamları yediyini etiraf edən qatil qurbanlarının ətini də qonşularına təqdim edib.
Meksika səlahiyyətliləri qatilin hekayəsini izah edəcək bir sıra sənədli filmlərin yayımlanacağını açıqlayıb. /azxeber.com/




up