İspaniyanın Baş naziri Pedro Sançes Melilyada qaçqın axınını odlu silahla alan polislərə təşəkkür edib.
AZİNFORM.AZ xəbər verir ki, Baş nazirin qətliam törədən ispan polislərə təşəkkür etməsi həm İspaniyada, həm də dünyanın müxtəlif ölkələrində etirazla qarşılanıb. Minlərlə insan Baş nazirə qarşı sosial mediada etirazlar edib.
Qeyd edək ki, polis Mərakeşdən İspaniyanın Afrikanın şimalında yerləşən ərazisi Melilyaya girmək istəyən qaçqınlara atəş açıb. Nəticədə azı 30 nəfər həlak olub. Bəzi dairələr isə ölənlərin sayının dəfələrlə çox olduğunu yazır.